Azərbaycan xilasediciləri Hatayda dağıntılar altından tapılan qızıl və zinət əşyalarını yerli polisə təhvil verib

Azərbaycan xilasediciləri Hatayda dağıntılar altından tapılan qızıl və zinət əşyalarını yerli polisə təhvil verib

Türkiyənin Hatay bölgəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən aparılan axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından tapılan qızıl və zinət əşyaları yerli polisə təhvil verilib.

Bu barədə  FHN-dən bildirilib.

FHN-in xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.

Qeyd edək ki, Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb.

Mənbə

Share: