Azərbaycan XİN Danimarkanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkanı Konstitusiya günü münasibətilə təbrik edib.

Milletinsesi.az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi Tvitter səhifəsində yayılıb.

“Danimarka Krallığının Milli Bayramı olan Konstitusiya Günü münasibətilə səmimi-qəlbdən təbriklərimizi çatdırırıq. Bu əlamətdar gündə dost Danimarka xalqına möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq diləyirik”, – təbrikdə deyilir.

 

Share: