Azərbaycan yalnız hərbi hədəflərə istiqamətlənir

Azərbaycan Ermənistandan fərqli olaraq mülki əhalini hədəfə almır, yalnız hərbi hədəflərə istiqamətlənir. Ermənistanın törətdiyi vəhşiliklərə ad tapmaq olmur. Azərbaycan humanitar atəşkəsə əməl etsə də, Ermənistanın təxribatlarına cavab vermək məcburiyyətində qalır. Ermənistanın bu hərəkətləri bütün konvensiya və qanunların kobud şəkildə pozulmasıdır. Çünki bütün konvensiya və qanunlarda mülki əhali və infrastrukturun atəşə tutulmamasının vacibliyi qeyd edilir. Lakin biz görürük ki, Ermənistan bütün bu konvensiya və qanunları ayaq altına atır və Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətməkdə davam edir.

Milletinsesi.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev oktyabrın 19-da ADA Universitetində keçirilən brifinqdə bildirib.

Hikmət Hacıyev deyib: “Ermənistan hazırda da Azərbaycanın mülki əhalisini atəşə tutur. Hətta Ermənistan öz ərazisindən də Azərbaycanın mülki əhalisini atəşə tutmaqla münaqişəni genişləndirməyə çalışır. Biz dünən bəyan etdik ki, müharibədə həlak olan ermənilərin cəsədlərini verməyə hazırıq, lakin bunun cavabında Ermənistan tərəfi öz təxribatlarını davam etdirdi və mülki əhalimizi yenə də atəşə tutdu”.

 

Share: