Azərbaycana Bahar gəlib.
Milletinsesi.az xəbər verir ki, ölkəyə yaz fəslinin (Baharın) gəlişi martın 20-si saat 13:37:00-a təsadüf edib.
Belə ki, bu vaxt yaz gecə-gündüz bərabərliyi baş verir, yəni gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.
Qeyd edək ki, yaz fəsli iyunun 21-də başa çatacaq və yerini yaya verəcək.