Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar 15 faiz idxal gömrük rüsumundan azad edilib.
Milletinsesi.az-ın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal omenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.
Qərara əsasən, tibbi maskaların 1 ədədinə isə 0,03 dollar idxal gömrük rüsumu tətbiq olunacaq.
Qərar 31 dekabr 2021-ci ilə qədər qüvvədədir.
2021-ci il dekabrın 31-dən sonra iisə Azərbaycana gətirilən tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar və tibbi maskalara 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.