Azərbaycana istirahətə gəlmiş İsrail vətəndaşı avtomobildə ölüb

Azərbaycanda İsrail vətəndaşı ölüb.

Milletinsesi.az-ın əldə etdiyi məlumata görə, hadisə avqustun 28-də Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü, İsrail vətəndaşı Xoroşin Lev Moiseyeviç ailəsi və dostları ilə icarəyə götürdüyü “Mercedes-Benz Sprinter” markalı avtomobil ilə Quba rayonundan
istirahətdən qayıdarkən özünü pis hiss edib. Quba-Bakı yolunun 23 km
yerləşən Saray YPX Postuna çatanda yaxınlarının təcili tibbi yardım xidmətini çağırmalarına baxmayaraq saat 23:30-da avtomobildə ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə

Share: