“Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

“Azərbaycana kiberhücumların çoxu qonşu ölkələrdən təşkil olunur”

Azərbaycana həyata keçirilən kiberhücumların bir çoxu qonşu ölkələrdən təşkil olunur.

 

Bunu jurnalistlərə açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

 

Onun sözlərinə görə, kiberhücumların hansı ölkələrdən gəlməsini İP olaraq müəyyən etmək çətin olur: “Çünki, onları anonimləşdirirlər və saxtalaşdırırlar. Buna baxmayaraq, həmin hücumların formatına və hücum olunan istiqamətlərə baxdıqda, eyni zamanda onların dərin analizi apardıqdan sonra məlum olur ki, həmin hücumların bir çox məhz qonşu ölkələrdən təşkil olunur”.

 

O bildirib ki, aktivlik dönəminə uyğun olaraq kiberhücumların hədəfi müxtəlif dövlət qurumlarının saytı ola bilir: “44 günlük müharibə dövründə kiberhücumların hədəfi Prezidentin rəsmi səhifəsi, Müdafiə Nazirliyinin saytı idi. Eyni zamanda, kritik infrastrukturlara qarşı kiberhücumlar müşahidə olunub”.

 

Mənbə

Share: