Dekabrın 21-i saat 14:02-də ölkəmizə qış fəsli daxil olub.
Bu barədə Milletinsesi.az-a Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, bu zaman Yerin fırlanma oxu Günəş şüalarının istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş üfüqdən minimum hündürlükdə olur. Həmin gün ilin ən qısa gündüzü və ən uzun gecəsi qeydə alınır.