“Azərbaycana yaxşı pul qazanmaq istəyəndə getmək lazımdı”

“Neftçi”nin məşqçilər korpusu legioneri Soni Mustivarın gələcəyi ilə bağlı qərar verib. Sport24.az-ın əldə etdiyi məlumata görə, haiti yarımmüdafiəçi ilə müqavilə uzadılmayacaq.

 

Soni 2018-ci ilin martında “Neftçi”yə keçib. 30 yaşlı futbolçunun müqaviləsinin müddəti mayın sonunda başa çatır. Cari mövsüm davam edərsə, Mustivarın qalan matçlarda oynayacağı mümkündü. Ancaq bundan sonra onunla mehribanlıqla yollar ayrılacaq.

 

Qeyd edək ki, qış fasiləsində Roberto Bordinin baş məşqçi postundan gedişindən sonra “Neftçi”yə rəhbərlik edən Füzuli Məmmədov Mustivara yalnız bir dəfə etimad göstərib. Bu, onun yeni vəzifədə debüt matçında olub.

Share: