Azərbaycanda 1872 manata işçı axtarılır

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin pilot olaraq tabeliyinə verilmiş “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs müvafiq maliyyə müdiri üzrə vakant yer elan edir.

Agentlikdən Milletinsesi.az-a verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 22 iyun tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.

Namizəd ali təhsilli (İqtisadiyyat, maliyyə, maliyyə və kredit), maliyyə və mühasibat sahələrində 5 ildən az olmayan əmək stajı, minimum 2 il baş mühasib sahəsində əmək stajı olmalı, vergi, əmək və mülki məcəllələri və qüvvədə olan normativ-hüquqi aktları əla bilməlidir.

Əməkhaqqı (vergi və digər tutulmalar daxil) 1872 manatdır.

 

Share: