
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 4 milyard 864,8 milyon kVt/saat olub.
Bu barədə Energetika Nazirliyinin açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarında deyilir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 178,4 milyon kVt/saat və ya 3,8 % çoxdur.
Bu ilin fevral ayında isə ölkədə elektrik enerjisinin istehsalı 2 milyard 374 milyon kVt/saat olub ki, bu da bir il öncəki göstərici ilə müqayisədə 100,5 milyon kVt/saat və ya 4,4 % çoxdur.
Xatırladaq ki, 2024-cü ilin yanvar-fevral aylarında respublika üzrə elektrik enerjisinin istehsalı 4 milyard 686,4 milyon kVt/saat, həmçinin fevral ayında 2 milyard 273,5 milyon kVt/saat təşkil edib.