Azərbaycan Mərkəzi Bankı 2 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyanı ləğv edib.
Bu barədə Milletinsesi.az-a tənzimləyici qurumdan bildirilib.
Məlumata görə, lisenziyalar avqustun 31-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq, könüllü müraciətlər əsasında ləğv olunub.
Lisenziyası ləğv edilmiş sığorta vasitəçiləri Hamlet Xosrov oğlu Qarayev və Ramin Xəlil oğlu Cəfərovdur.