AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərlinin intihar etdiyi məlum olub.
Millətin Səsi.az Report-a istinadən xəbər verir ki, o, ötən gün çoxlu miqdarda dərman qəbul edərək həyatına son qoyub.
Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.