Daşkəsəndə körpə ehtiyatsızlıqdan yanıq xəsarətləri alıb.
Hadisə Daşkəsən şəhərində baş verib. Məlumata görə, 8 aylıq qız uşağı yaşadığı evdə valideynlərinin nəzarətindən yayınaraq çörək bişirən sobaya toxunub. Nəticədə o, yanıq xəsarətləri alıb. Körpə yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.(Report)