Bu ilin yanvar-may aylarında Azərbaycanda araq istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə artaraq 730 min dekalitr təşkil edib.
APA-nın verdiyi məlumata görə, hesabat dövründə ölkədə 154,3 min dekalitr likörlar istehsal edilib ki, buda ötən ilin müvafiq dövrünə nisbətdə 4,6 dəfə çoxdur.
İçki və tütün məmulatlarının istehsalı:
| Məhsul növləri | 2019-cu ilin yanvar-may aylarında istehsal edilib | Əvvəlki ilin müvafiq dövrünə nisbətən, % |
| İçki məhsulları | ||
| Şampan şərabı, min dkl | 0,5 | – |
| Araq, min dkl | 730 | 4,2 dəfə |
| Brendi (konyak), min dkl | 11,4 | 2,2 dəfə |
| Üzüm şərabı, min dkl | 223,4 | 29,3 |
| Pivə, min dkl | 1 406,5 | 98,6 |
| Likörlar, min dkl | 154,3 | 4,6 dəfə |
| Alkoqolsuz içkilər, min dkl | 8 860,5 | 123,8 |
| Tütün məmulatları | ||
| Fermentləşdirilmiş tütün, ton | 2 621,3 | 2,1 dəfə |
| Papiros və siqaretlər, mln. ədəd | 1 272,9 | 99,8 |


