2019-cu ilin sonuna qədər Azərbaycanda beşyeni “ASAN xidmət” mərkəzi açılacaq, 2020-ci ildə isə Bakıda daha iki, regionlarda isə əlavə beşyeni analoji mərkəz açılacaq.
Bunu Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov deyib.
O bildirib ki, ümumilikdə respublika üzrə “ASAN xidmət” mərkəzlərinin sayı 22-yə çatacaq:
“Hazırda respunlika üzrə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, Onlardan beşi Bakıda, digərləri isə regionlarda əhaliyə xidmət göstərir. Bundan başqa, iki”ASAN kommunal xidmət” mərkəzi, bir”ASAN qatar” və 10 səyyar avtobus fəaliyyət göstərir. “ASAN xidmət” mərkəzləri ölkənin 75,5 faizini əhatə edir”.