Azərbaycanda bu şəxslərə 430 manat veriləcək – Gələn aydan…

“Orqanizminin funksiyalarının 80 faizdən çoxunu itirən uşaqlar 430 manat vəsait alacaqlar”.

Milletinsesi.az-ın “Report”-a istinadən məlumatına görə, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

Onun sözlərinə görə, hazırda uşaqlarda I, II, III dərəcəli əlilliyə bölünmə nəzərdə tutulmayıb: “Hazırda orqanizminin funksiyalarını itirən uşaqlara verilən müavinət 280 manatdır. Gələn aydan tətbiq ediləcək yeni meyarlardan sonra isə məbləğ 430 manat olacaq”.

Share: