Azərbaycanda daha 3 690 nəfər koronavirusa yoluxub, 29 nəfər ölüb

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3 690 yeni yoluxma faktı qeydə alınıb, 6 963 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Milletinsesi.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 29 nəfər COVID-19-dan dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 771 709 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 727 828 müalicə olunaraq sağalıb, 9 211 nəfər vəfat edib. 34 670 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 215, bu günə qədər isə ümumilikdə 6 473 728 test icra olunub.

Share: