Yanvar-noyabr aylarında Azərbaycanda 1 milyon 911,2 min ton dizel yanacağı, 1 milyon 41,9 min ton avtomobil benzini, 222,8 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 537,6 min ton ağ neft, 118,5 min ton yanacaq mazutu, 21 min ton sürtkü yağları, 229,1 min ton neft bitumu və 218,7 min ton neft koksu istehsal olunub.
Dövlət Statistika Komitəsindən Milletinsesi.az-a verilən məlumata görə, 11 ayda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 milyard 800,8 milyon manat olmaqla əvvəlki ilin eyni ayları ilə müqayisədə 3,7 faiz azalıb.
Neft məhsullarından avtomobil benzininin, sürtkü yağlarının, neft bitimunun, ağ neftin, neft koksunun istehsalı azalıb. Yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə artıb.