Azərbaycanda evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı

Azərbaycanda evdən qaçmaq istəyən 23 yaşlı qız anasını bıçaqladı

Ağcabədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

Oxu.az xəbər verir ki, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini Gülşən Cəfərova anası – 54 yaşlı Şölə Cəfərovaya bir bıçaq xəsarəti yetirib. Yaralı qadın rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Share: