
Ermənipərəst fars rejimi Azərbaycanın 44 günlük Vətən Müharibəsi savaşının nəticələrini və bu ilin sentyabrın 12-14 arasında Ermənistanla sərhəddə baş verən erməni təxribatınınn qarşısının ordumuz tərəfindən məharətlə alınmasını həzm edə bilməyənlərin başında gəlir.
Rəsmi Tehran illərdi İsrail-Azərbaycan dostluğuna diş qıcadığını da appaçıq ifadə edir və bu dəfə Moderator.az əməkdaşları ölkəmizin əleyhinə aşkar qərəz sərgilənən daha bir qarabasmanın Azərbaycan oxucusu üçün maraqlı olacağını nəzərə alaraq tərcümə ediblər.
Qeyd edək ki, saytın həmin yazısı İlham Əliyevin məşhur fotosu ilə təqdim edilib və biz də həmin fotonu dəyişmədik:
“İsrail hərbçiləri Azərbaycanda İranla sərhəddə oturuşub…” – fars jurnalisti
“Xəzər dənizindən keçən İran gəmiləri naviqasiya cihazlarının işləməməsi ilə üzləşir…”
Azərbaycanda İranla sərhəddə İsrail hərbçilərinin iştirakı barədə “iranlı beynəlxaıq jurnalist” Xəyal Müəzzin məlumat verib.
Muazzinin sosial şəbəkələrdə bir neçə akkauntu və özəl saytı var. Ayamanı xatırladan adına rəğmən, hər şeydən göründüyü kimi, o, gerçək şəxsiyyətdir.
Müəzzin “Lenta.ru” nəşrinin ştatdankənar müxbiri sayılır və hətta Çeçenistan rəhbəri Ramzan Kadırovdan müsahibə də alıb.
Moderator.az xəbər verir ki, bu barədə “9-cu kanal” nəşri yazıb.
Xəyal Müəzzin müntəzəm olaraq İran xəbərlərini və bu və ya digər dərəcədə İrana aid olan beynəlxalq hadisələri rus dilində işıqlandırır.
Bu dəfə Xəyal Müəzzin özünün “Telegram-kanal”ında məlumat verib ki, son aylar ərzində Xəzər dənizindən keçən İran gəmiləri dəfələrlə Azərbaycan sahilindən peşəkarcasına yönləndirilən maneələr səbəbindən naviqasiya cihazlarının işləməməsi ilə üzləşib.
Həmin rayonda ultraqısa radiodalğaların diapazonunu dinləyərkən iranlılar ivrit dilində danışlqları ələ keçirib.
Rusiya KİV-ləri bu məlumatdan belə bir nəticəyə gəlib ki, Azərbaycanda, təbii ki, hakimiyyətin razılığı ilə, İranla sərhəddə İsrail hərbçiləri yerləşib, onlar kəşfiyyat və radioelektron kəşfiyyatla məşğul olur, həmçinin, radiomaneələr yaratmaq üçün qurğunu sınaqda keçirir.
Qeyd edək ki, bu məlumat yeni deyil. Hələ 2012-ci ildə Amerikanın “Foreign Policy” nəşri iddia edib ki, İsrail hərbçiləri Azərbaycanın dörd hava limanına, o cümlədən keçmiş “Sitalçay” sovet hava limanına çıxış əldə edib, həmçinin “Azərbaycan” adlı hərbi hava limanında uçuş-enmə zolağını, sadəcə, “alıb”.
2021-ci ildə İranın xarici işlər naziri Əmir Abdullahyan bəyan edib ki, Tehran İsrail hərbçilərinin Azərbaycanda yerləşməsi barədə məlumata malikdir.
Xarici KİV-lərdə dərc edilən müxtəlif versiyalara görə, Azərbaycanda həm “Eytan” sinfindən pilotsuz uçuş aparatları, həm də İsrailin ən yeni “F-35i” qırıcıları yerləşdirilib.
İsraildə bu məlumatlar şərh edilmir, Azərbaycanda isə fəal şəkildə təkzib edilir, qeyd edilir ki, İranla və Ermənistandan savayı, bütün ətraf ölkələrlə mehriban qonşuluq münasibətləri saxlanılır.
Azərbaycanla İran arasında münasibətlər son illər Bakı və Ankaranın yaxınlaşması və İranın Ermənistana dəstək verməsi fonunda pisləşib.
Bəzi siyasi şərhçilər güman edir ki, Azərbaycan hakimiyyəti ayətüllah rejiminin sabitliyinin pozulmasında və İranın mümkün parçalanmasında maraqlıdır ki, İran Azərbaycanı və ya heç olmasa onun bir hissəsi Azərbaycan Respublikasının tərkibinə qatılsın.