Azərbaycanda fəaliyyəti aktivləşmiş hüquqi şəxslərin sayı 20 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % artaraq 6 424 vahid təşkil edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, son 1 ildə fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 17,7 % artıb.

Bu il sentyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,4 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,4 %-i səhmdar cəmiyyəti, 1,2 %-i kooperativ və s. formalarda olub.

Qeyd edilən tarixə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 28 929 vahid təşkil edərək, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,1 % artıb.

Mənbə

Share: