“Azərbaycanda futbol daim inkişaf edir”

Millimizin məşqçisi Klaudio Beluççi İtaliya mətbuatına müsahibə verib.

Qol.az xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazinin köməkçisi olan 46 yaşlı mütəxəssis Azərbaycandakı işindən danışıb:

“Hazırda çox yaxşı işləyirik. Yığma ilə Millətlər Liqasında çıxışımızı başa vurduq. İndi bizi dünya çempionatının seçmə mərhələsində çətin oyunlar gözləyir. Uğur qazanmaq üçün komandadan ən yaxşısını almağa çalışacağıq. Məqsəd həmişə inkişat etməkdir”.
Romabet
O, millimizin DÇ-2022-nin seçmə mərhələsindəki qrupunun çətin olduğunu bildirib: “Əvvəl Portuqaliya, daha sonra isə Serbiya ilə oynayacağıq. Burada futbol daim inkişaf edir. “Qarabağ” Çempionlar Liqasının qrupunda “Roma” ilə oynayıb. Digər Avropa ölkələrinin səviyyəsinə çatmağa vaxt lazımdır. Amma uğur qazanmaq üçün böyük istək var. Canni De Byazidən çox məmnunam. Bir-birimizi dərhal başa düşürük. Ondan çox şey öyrənirəm. Özümü buradakı mühitə bağlamışam. İnanıram ki, uzun müddət burada qalacağam”.

Share: