Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq

Azərbaycanda gələn il yaşayış minimumu və ehtiyac meyarı 300 manat olacaq

2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

Milletinsesi.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.

“O cümlədən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat olacaq”, – deyə komitə sədri əlavə edib.

Share: