Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadıldı

Milli Məclis plenar iclasında “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Milletinsesi.az xəbər verir ki, layihəni deputatlara Müdafiə, təhlükəsizlik və korrupsiya komitəsinin sədri Ziyafət Əsgərov təqdim edib.

Komitə sədri bildirib ki, qanun layihəsinin bir məzmunu var:

“Bizdə il ərzində 4 dəfə çağırış olur. Hazırki situasiyanı nəzərə alaraq, aprelin 1-də olan çağırış mayın 31-nə qədər uzadılır”.

Ziyafət Əəgərov əlavə edib ki, indiki halda virusu hərbi hissələrə daşıya bilmərik:

“Bu virus Silahlı Qüvvələrə keçsə, görün, hansı nəticələr yarada bilər. Hesab edirəm ki, cənab Prezident situasiyanı nəzərə alaraq belə bir qərar verib”.

 

Share: