
2024-cü il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 7081,6 min baş qoyun və keçi, 2502,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1235,5 min baş inək və camış mövcud olub.
Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Qeyd edilib ki, hazırda iribuynuzlu mal-qaranın 49,4 faizini inək və camışlar təşkil edir.
2023-cü ildə hər inək və camışdan orta hesabla 1746 kiloqram (2022-ci ildə 1731 kq) süd sağılıb.
Rəsmi statistikadan aydın olur ki, Azərbaycanda həm inək və camışların, həm də qoyun və keçilərin, eləcə də donuzların sayı azalıb. (Cədvəl)
2023-cü ildə quşçuluq müəssisələrində diri çəkidə 76,0 min ton quş əti və 1053,5 milyon ədəd yumurta istehsal olunub. Ümumilikdə bu müəssisələr üzrə cəmi quşların sayı 11265,0 min baş olub, hər yumurtlayan toyuqdan orta hesabla 244 ədəd yumurta alınıb.
A.Qorxmaz