Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 25,9 milyard manat təşkil edib.
Bu barədə “Modern.az“a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,2 % artım deməkdir.
Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri illik müqayisədə 4,9 % artaraq 24,9 milyard manata bərabər olub, onun 45,2 %-i fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 511,6 manat və ya ötən ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 80,2 manat çox vəsait xərcləyib.