Ötən gün Gəncədə bədbəxt hadisə nəticəsində öldüyü bildirilən 9 yaşlı uşaq ayılıb.
Lakin həkimlər uşağın öldüyünü bildiriblər. Onun aparatda ürəyinin dayandığı qeyd edilib. Uşaq polisdə də öldü kimi qeydiyyata düşüb.
Bir neçə saat sonra uşağın hərəkət etdiyini görən həkimlər şoka düşüblər. Hazırda Əli Rüstəmzadənin vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, “Gəncə Mall” Ticarət mərkəzində baş verən bədbəxt hadisə barədə ötən gün məlumat vermişdik.