Azərbaycanda ölüm hallarının sayı açıqlandı

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 61 147 ölüm halı qeydə alınıb.

Milletinsesi.az xəbər verir ki, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,7 təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölüm halları artıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr aylarında ölkədə ölüm sayı 50796 olub. Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,6 təşkil edib.

 

Share: