Azərbaycanda otellərin gəlirləri 2 dəfə ARTIB

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olub.

 

Bu barədə Modern.az-a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.

 

Məlumata görə, bunun 60,3 %-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,6 %-i ictimai iaşə xidmətlərindən, 3 %-i müalicə və sağlamlıq xidmətlərindən, 9,1 %-i isə digər xidmətlərin göstərilməsindən əldə edib.

 

9 ay ərzində mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 16,3 % olub. Bu, 1 il əvvələ nisbətən 5,1 faiz bəndi çoxdur.

 

Sözügedən göstərici Şabranda 89,6 %, Naftalanda 37,5 %, Qubada 30,4 %, Lənkəranda 25,9 %, Beyləqanda 25,7 %, Bakıda 23,6 %, Qəbələdə 21,8 %, Şuşada 19,1 %, Ağcabədidə 19,1 %, Qusarda 16,9 %, Sabirabadda 16,9 %, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Mənbə

Share: