Azərbaycanda oynayan hücumçu Afrika klubuna keçdi

Azərbaycanda oynayan hücumçu Afrika klubuna keçdi

“Səbail”in sabiq futbolçusu Süleyman Alluş karyerasını Mərakeşdə davam etdirəcək.

Milletinsesi.az QOL.az-a istinadən xəbər verir ki, niderlandlı hücumçu “MAS Fes”ə keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, S.Alluş 2024-2025 mövsümündə “Səbail”də çıxış edib və 47 oyuna 6 qol vurub.

Share: