Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında ölkədə rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihələrlə bağlı müzakirələr aparılıb.
Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev tviter hesabında bildirib.
“BMT-nin Rəqəmsal hökumət bölməsinin rəhbəri Vinçenzo Aquaro və BTİ-nin MDB üzrə regional direktoru Nataliya Moçu ilə görüşdük. Azərbaycanda rəqəmsal inkişaf sahəsində həyata keçirilən layihələr və planlar barədə fikir mübadiləsi apardıq. Qonaqlar Azərbaycanda insan kapitalının inkişafı üçün göstərilən səylərin əhəmiyyətindən danışdı və müvafiq layihələrin icrası nəticəsində ölkəmizin 2026-cı ilə qədər rəqəmsal hökumət göstəriciləri üzrə dünya liderləri sırasına yüksələ biləcəyini vurğuladılar”, – deyə nazir qeyd edib.