Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 349 yeni yoluxma faktı qeydə alınıb, 494 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Milletinsesi.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 226 549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 213 773 nəfər müalicə olunaraq sağalıb, 2 983 nəfər vəfat edib, aktiv xəstə sayı 9 793 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 231, ötən müddət ərzində isə ümumilikdə 2 302 843 test aparılıb.

Share: