Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Ağa Anar oğlu Əhmədov faciəli şəkildə ölüb.
Millətin Səsi.az Oxu.az-a istinadən xəbər verir ki, Şirvan şəhər sakini olan tələbə yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb.
Qeyd edək ki, Ağa Əhmədov Turizm və qonaqpərvərlik fakültəsində Tərcümə ixtisası üzrə təhsil alırmış. O, dördüncü kurs tələbəsi imiş.


