Azərbaycanda tibbi maska istehsalı ilə bağlı RƏSMİ AÇIQLAMA

“Azərbaycana bu günə qədər tibbi maskalar tam idxal olunurdu. Müəssisənin fəaliyyəti ilə idxaldan asılılığımız başa çatacaq və biz özümüzü maskalarla təmin edəcəyik”.

Bunu İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, iki həftə ərzində sahibkar tərəfindən lazımi avadanlıq, xammal alınıb:

“Burada insanların qorunması və gigiyenik vəziyətin lazımi vəziyyətdə saxlanılması üçün tibbi spirtlərvə dezinfeksiya vasitələri də istehsal olunur”.

N.Səfərov qeyd edib ki, “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin investisiya xərcləri 3,9 milyon manat təşkil edir:

“Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular da yerli istehsaldır. Onlar Balaxanı Sənaye Parkının rezidenti olan müəssisədə hazırlanır. Müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb. İstehsal prosesi üçnövbəlidir”.

Qeyd edək ki, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla, birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək.

Share: