Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 20 nəfər şəxs tutularaq müvafiq qaydada təhvil verilib.
Moderator.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, ibtidai istintaqdan yayınan 977 nəfər şəxs dindirilməsi üçün məcburi gətirilib, 1204 nəfər şəxsin yeri müəyyən edilməklə istintaqa məlumat verilib və 460 şəxsin tapılaraq istintaqa gəlməsi təmin edilib.