AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı Hüseyn Rəsulzadə Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində tədqiqatlar nəticəsində ilk dəfə olaraq Azərbaycan, o cümlədən Naxçıvan Muxtar Respublikası faunası yeni quş növünü – Bozumtul çalağanı aşkar edib.
Bozumtul çalağan yırtıcı quş olub qırğılar fəsiləsinə mənsubdur. Ədəbiyyat məlumatlarına görə, faunamızın yeni sakini – qırğı Afrikada, İspaniyanın cənubunda, Hindistanda açıq landşaftlarda, otlu düzlərdə və seyrək meşəliklərdə az saylı növ olub oturaq həyat tərzi keçirir. Orta boylu quşdur, kütləsi 220 – 250 qr-dır. Mavi göyümtül kürək, açıq kül rəngli boz döş, xüsusən uçuş zamanı aydın nəzərə çarpan tünd qırmızı gözlər çalağanı cinsin digər növlərindən fərqləndirən əsas əlamətlərdir. Fəal ovçudur, qidasını başlıca olaraq gəmiricilər təşkil etdiyindən faydalı quş hesab edilir.
Qeyd edək ki, muxtar respublika şəraitində çalağanın həyat tərzinin, bioloji və ekoloji xüsusiyyətlərinin izlənilməsi nəzərdə tutulub. (Trend)