Azərbaycanda zəlzələ baş verdi

Oktyabrın 22-də Qəbələ seysmoloji stansiyasından 17 kilometr şərqdə – Qəbələ-İsmayıllı sərhədində maqnitudası 3.7 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 16:52-də qeydə alınıb.

Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Share: