Azərbaycanda zəlzələ qeydə alınıb.
Milletinsesi.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 km cənub-şərqdə, Masallı rayonunda qeydə alınıb. Zəlzələ 3 maqnitudada baş verib, zəlzələ ocağı 48 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar hiss olunmayıb.