
Azərbaycanda zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 20:12-də Şirvan stansiyasından 30 km şimal-qərbdə Hacıqabul rayonunda zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar 3,1 bal gücündə olub.
Zəlzələ ocağı yerin 2 kilometr dərinliyində baş verib.
Zəlzələ hiss olunmayıb.