Azərbaycandakı əcnəbilər də peyvənd olunacaq? – TƏBİB-dən açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda yaşayan xarici ölkə vətəndaşlarının koronavirus əleyhinə vaksin olunub-olunmayacağına aydınlıq gətirib.

Qurumdan Milletinsesi.az-a bildirilib ki, ilkin mərhələdə yalnız ölkə vətəndaşlarının vaksin edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVak” şirkətinin istehsal etdiyi “KoronoVak” peyvəndi ilə vaksinasiya aparılır. Bu gündən etibarən 50 yaş və yuxarı şəxslərin vaksinasiyasına başlanılıb.

Peyvəndləmə könüllü və dövlət hesabına həyata keçirilir.

Share: