Azərbaycandan olan 4 tələbənin cansız bədənləri dağıntı altından çıxarıldı

Türkiyədəki dəhşətli zəlzələdən sonra binaların uçması nəticəsində dağıntılar altında qalan azərbaycanlı tələbələrin – Samir Quliyev, Hümam İsmayıllı, Gündüz Nəzərzadə və Şahin Verdiyevin cansız bədənləri dağıntılar altından çıxarılıb.

Bu barədə məlumatı REAL TV yayıb.

Qeyd edək ki, onlar Malatyanın İnönü Universitetinin tələbələri olub.

20:23

Dağıntılar altında qalmış tələbələrimizdən biri – Şahin Verdiyevin ölüm xəbəri təsdiqlənib.

Bu barədə məlumatı İTV-nin Malatyaya ezam olunmuş müxbiri canlı yayımda bildirib.

O qeyd edib ki, Şahin Verdiyevin ölümünü dayısı təsdiqləyib.

Mənbə

Share: