Pandemiya dövründə ümumilikdə 446 vətəndaş Bakı Limanından yola salınıb.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Limanının Baş direktoru Taleh Ziyadov deyib. Onun sözlərinə görə, bu şəxslər Azərbaycandan Qazaxıstana yollanıb:
“May ayının 13-dən Qazaxıstanda karantin dövründə sərhədin keçilməsinə dair yeni qaydalar qüvvəyə mindikdən sonra Kurık Limanı Qazaxıstan vətəndaşları və ölkədə yaşamaq icazəsi olan xarici vətəndaşların qəbulunu bərpa edib. Son 5 ay ərzində isə ümumilikdə 446 vətəndaş, onlardan 253-ü Qazaxıstan vətəndaşı və 193-ü xarici ölkə vətəndaşı olmaqla Bakı Limanından yola salınıb”.