Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyədə qeyd olunan 15 İyul – Demokratiya və Milli Birlik Günü ilə bağlı paylaşım edib. Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq.
Millətin Səsi.azxəbər verir ki, XİN-in X hesabında edilən paylaşımda deyilir:”Qardaş Türkiyənin demokratik təsisatlarını və konstitusiya quruluşunu hədəf alan çevriliş cəhdinin qarşısını alarkən canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və minnətdarlıqla anırıq. 15 İyul – Demokratiya və Milli Birlik Gününüz mübarək”.