“Azərbaycanı Qarabağ müharibəsində qələbə münasibətilə təbrik etmək şərəfinə nail oldum”

“Azərbaycan ilə xüsusi əməkdaşlıq səviyyəsinə malik Pakistan indiyədək Ermənistan ilə heç bir münasibət qurmayıb”.

 

Bunu jurnalistlərə açıqlamasında Qoşulmama Hərəkatının (QH) COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən Pakistanın iqtisadiyyat naziri Sərdar Ayaz Sadiq deyib.

 

“Ermənistan Azərbaycana hücum edəndə mən şəxsən Pakistan parlamentində bu məsələni qaldırdım və orada hücumu pisləyən qətnaməni oxudum. Xoşbəxtlikdən, Azərbaycanı Qarabağ müharibəsində qələbə münasibətilə təbrik etmək imkanına və şərəfinə nail oldum”, – Sərdar Ayaz Sadiq bildirib.

 

“Ürəyimiz Azərbaycan ilə bir döyünür”, – o əlavə edib.

 

Nazir Azərbaycan və Pakistan xalqlarının qardaş xalqlar olduğunu, dövlətlər arasında əlaqələrin isə yalnız inkişaf edəcəyini vurğulayıb.

 

Mənbə

Share: