Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi 10 ölkə ilə birgə BƏYANAT YAYDI

Azərbaycan, Ermənistan, Belarus, Bosniya və Herseqovina, Qazaxıstan, Qırğızıstan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan və Özbəkistanın İkinci Dünya Müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar #ATƏT-dəki daimi nümayəndələri birgə bəyanat yayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

 

Bəyanatda deyilir:

 

“Bu il İkinci Dünya Müharibəsində Qələbənin 78-ci ildönümüdür.

 

20-ci əsr tarixinin ən faciəli səhifəsini və o illərin dəhşətli hadisələrini tarixi yaddaşda saxlamaq bizim ümumi borcumuzdur. İrqi üstünlük ideologiyasına və misantropiyaya qarşı mübarizədə canlarından keçmiş milyonlarla insanın qəhrəmanlıq şücaəti Xeyirin Şər üzərində qələbəsini simvollaşdırır və unudulmazdır.

 

İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxmaq və ya təhrif etmək, habelə nasistləri və onların əlaltılarını reabilitasiya etmək və şöhrətləndirmək, onların törətdikləri hərbi cinayətləri və insanlıq əleyhinə cinayətləri inkar etmək cəhdləri yolverilməzdir. Nasizm üzərində Qələbənin qazanclarını qanuni olaraq təmin edən Nürnberq Tribunalının qərarlarına görə, onların törətdikləri cinayətlərin müddəti yoxdur.

 

Biz BMT Baş Assambleyasının 15 dekabr 2022-ci ildə qəbul etdiyi “Nasizmin, neonasizmin və irqçiliyin müasir formalarının, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və bununla bağlı dözümsüzlüyün genişlənməsinə töhfə verən digər təcrübələrin tərənnümü ilə mübarizə” qətnaməsini alqışlayırıq. Biz bu mühüm tematik sənədin geniş şəkildə dəstəklənməsini beynəlxalq ictimaiyyətin keçmişin faciəvi səhvlərinin təkrarlanmasının qarşısını almaq və gələcəyi birləşdirici əsasda qurmaq əzminin təsdiqi kimi qiymətləndiririk.

 

Biz bütün ölkələri İkinci Dünya Müharibəsi illərində faşizm və nasizmə qarşı döyüşənlərin xatirəsini ehtiramla yad etməyə, xalqların şücaətinə hörmət etməyə çağırırıq. Məğlub olmuş nasizm bir daha başını qaldırmamalıdır”.

Mənbə


Warning: Trying to access array offset on false in /www/wwwroot/WordPress/milletinsesi.az/wp-content/themes/clean-grid-pro/inc/functions/share-buttons.php on line 61
Share: