Azərbaycanın axtardığı gənc Moldovada tutuldu

Azərbaycan dövlətinin beynəlxalq axtarışa verdiyi şəxs tutulub.

Report-un məlumatına görə, “İnterpol” xətti ilə axtarışda olan 1995-ci il təvəllüdlü Məmmədli Ceyhun Həsən oğlu Moldovada saxlanılıb.

Hazırda onun ölkəyə ekstradisiyası üçün işlər aparılır.

Qeyd edək ki, C.Məmmədli Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışa verilmişdi.

 

Share: