Azərbaycan dövlətinin “İnterpol” xətti ilə beynəlxalq axtarışa verdiyi şəxs saxlanılıb.
Milletinsesi.az-ın Report-a istinadla xəbərinə görə, Azərbaycan vətəndaşı, 1971-ci il təvəllüdlü Azər Hüseynov Almaniyada bu ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Onun Azərbaycana ekstradisiya ediləcəyi gözlənilir.
A.Hüseynov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə İnterpol xətti ilə beynəlxalq axtarışa verilmişdi.