Azərbaycanın basketbol millisi Avropa Kubokunun seçmə mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın basketbol millisi Avropa Kubokunun seçmə mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol üzrə milli komandası Avropa Kubokunun seçmə mərhələsində yarımfinala yüksəlib.

Yığma Kiprin Limassol şəhərində keçirilən yarışın qrup mərhələsinin son oyununda İrlandiyanı üstələyib.

Rəqibini 16:10 hesabı ilə məğlub edən qadınlar iyunun 18-də yarımfinal matçına çıxacaqlar.

Kişilərdən ibarət Azərbaycan millisi isə qrupdakı ikinci qarşılaşmasında yerli Kipr seçməsinə 11:22 hesabı ilə uduzub. Yığma qrupda sonuncu oyununu iyunun 18-də keçirəcək. Bakı vaxtı ilə saat 12:15-də start götürəcək görüşdə rəqib Lüksemburq olacaq.

Mənbə

Share: