Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçirilən “Bioderma Pro Beach Tour” açıq çempionatında dördüncü yeri tutublar.
Vadim Kutukov – Heydər Məmmədli cütlüyü 32 komanda arasında təşkil olunan beynəlxalq turnirdə bu uğura nail olub.
Vüqar Bayramov – Ülvi Rəcəbli tandemi yarışın 1/4 final, Fidan Əhmədxanova – Larisa Smeltsova cütlüyü isə 1/8 finalında mübarizəni dayandırıblar.
Azərbaycanın çimərlik voleybolçuları oktyabrın 3-də Türkiyənin digər şəhəri Balıkesirə yola düşəcəklər. Onlar orada CEV Klublararası Avropa Kubokunda (Beach Volley European Cup) qüvvələrini sınayacaqlar.